56 ilin ən şiddətli qarı yağdı

Yanvarın 9-da Rusiyanın paytaxtı Moskvaya yağan qar son 56 ilin ən güclü qar yağıntısı olub.

Bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.

O, bildirib ki, şəhərdə 22 mm yağıntı qeydə alınıb ki, bununla da 1970-ci ilin rekordu qırılıb.

Məlumata görə, bu göstərici ortaaylıq rəqəmin 42%-ni təşkil edir. (Modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31