Orban xəbərdarlıq etdi: “Avropa parçalanacaq”
05:51 DünyaMacarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə bağlı siyasətin Avropanı zəiflədərək iqtisadi çöküşə aparacağını iddia edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində yazıb.
Orbanın sözlərinə görə, Ukrayna yaxın on ildə hərbi xərclərdən əlavə təxminən 800 milyard avro maliyyə dəstəyi tələb edir və bu yük Avropa iqtisadiyyatı üçün təhlükəlidir:
"Kiyevə bu həcmdə yardım göstərilməsi Avropa ölkələrinin öz vətəndaşları üçün nəzərdə tutulan sosial proqramlardan imtina etməsi demək olacaq".
O vurğulayıb ki, Macarıstan ilk növbədə öz xalqının rifahına üstünlük verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31