İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı
05:49 Dünyaİranda baş verən etiraz aksiyaları zamanı ölənlərin sayı 500-dən çoxdur.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən HRANA insan haqları təşkilatı məlumat yayıb.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının 48 əməkdaşı da daxil olmaqla, azı 538 nəfər həlak olub.
"Associated Press" agentliyi də eyni rəqəmləri təsdiqləyərək bildirir ki, ölənlər arasında təhlükəsizlik qüvvələrinin üzvləri də var.
İnsan haqları fəalları etirazlar çərçivəsində təxminən 10 min 600 nəfərin saxlanıldığını iddia edir. İran hakimiyyəti isə ölənlər və saxlanılanlarla bağlı rəsmi statistika açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31