Koreyalar arasında dron qalmaqalı: Seul Pxenyanı təkzib etdi
10 Yanvar 09:18 DünyaŞimali Koreya Ordusunun rəhbərliyi ölkə ərazisində Cənubi Koreya kəşfiyyat dronlarının zərərsizləşdirildiyini elan edib.
Musavat.com xəbər verir ki, rəsmi Seul isə dronlarla hər hansı bağlılığının olmadığını açıqlayıb. Yonhap Xəbər Agentliyinin verdiyi məlumata görə, Cənubi Koreyanın Müdafiə naziri An Kyu-baek Cənubi Koreyanın hərbi qüvvələrinin Şimali Koreyanın hava məkanına dronların buraxılmasında iştirakını təkzib edib: "Silahlı qüvvələrimiz bu tip PUA-lardan istifadə etmir".
Nazir həmçinin Şimali Koreyanın iddialarını yalan adlandırıb. O, əlavə edib ki, prezident hadisə ilə bağlı araşdırma aparmaq əmri verib.
Cənubi Koreya Müdafiə Nazirliyi bildirib ki, "Koreya Respublikası Silahlı Qüvvələrinin Şimali Koreya tərəfindən göstərilən tarixlərdə dronların buraxılmadığı təsdiqlənib".