Neft şirkətləri Venesuealaya yüz milyardlarla dollar yatırım edəcəklər – Tramp
10 Yanvar 09:17 DünyaABŞ prezidenti Donald Tramp Qərb neft şirkətlərinin Venesuelaya yüz milyardlarla dollar sərmayə qoyacağını deyib.
Musavat.com xəbər verir ki, Tramp yanvarın 9-da Qərb neft şirkətlərinin rəhbərləri ilə Venesuela ilə bağlı görüşündən çox razı qalıb: "Neft şirkətlərinin rəhbərləri ilə əla görüş keçirdik. Bir növ razılaşma əldə etdik. Onlar neft hasilatı üçün yüz milyardlarla dollarla gəlirlər. Bu, Venesuela və ABŞ üçün əladır. Çoxlu pul qazanılacaq. Neft qiymətləri düşəcək. Baxmayaraq ki, onlar artıq xeyli aşağı düşür. Bu dünyanın ən böyük şirkətləri ilə əla görüş keçirdik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31