Rusiyanın müharibədə itirdiyi generalların SAYI - ŞOK SİYAHI

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri azı 19 rus generalının həlak olduğu bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə "The Insider" açıq mənbələrə, eləcə də Rusiya və Ukrayna qaynaqlarının məlumatlarına istinadən yazır.

Həlak olduğu təsdiqlənənlər arasında aşağıdakılar var:

Andrey Suxovetski - general-mayor, 41-ci ümumqoşun ordusunun komandan müavini;

Oleq Mityaev - general-mayor, 150-ci motoatıcı diviziyanın komandiri;

Vladimir Frolov - general-mayor, 8-ci ümumqoşun ordusunun komandan müavini;

Andrey Simonov - general-mayor, Qərb Hərbi Dairəsinin radioelektron mübarizə qoşunlarının rəisi;

Kanamat Botaşev - ehtiyatda olan general-mayor, "Vaqner" PMC-nin tərkibində döyüş əməliyyatlarında iştirak edib;

Roman Kutuzov - general-leytenant, 8-ci ümumqoşun ordusunun qərargah rəisi və komandanın birinci müavini;

Dmitri Ulyanov - ehtiyatda olan general-mayor, səfərbər edilənlərdən ibarət alayın komandiri;

Sergey Qoryaçev - general-mayor, 35-ci ümumqoşun ordusunun qərargah rəisi;

Oleq Tsokov - general-leytenant, Cənub Hərbi Dairəsinin komandan müavini;

Vladimir Zavadsky - general-mayor, 14-cü ordu korpusunun komandan müavini;

İqor Trifonov - polis general-mayoru (rütbədən məhrum edilib), Yekaterinburq DİN-in sabiq rəisi;

Andrey Qolovatski - ehtiyatda olan general-mayor, DİN Daxili Qoşunlarının Şimali Qafqaz komandanlığının sabiq qərargah rəis müavini;

İldar Saidov - gömrük xidməti general-mayoru, "Ştorm Z" hücum bölməsinin iştirakçısı;

Pavel Klimenko - general-mayor, 5-ci qvardiya briqadasının komandiri;

İqor Kirillov - general-leytenant, Rusiya Silahlı Qüvvələrinin RHBZ qoşunlarının rəisi;

Konstantin Smeşko - general-mayor, tutduğu vəzifə rəsmi olaraq açıqlanmayıb;

Yaroslav Moskalik - general-leytenant, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini;

Mixail Qudkov - qvardiya general-mayoru, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini;

Fanil Sarvarov - general-leytenant, Rusiya Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi.

Araşdırmaya görə, generallar həm döyüş bölgəsində, həm də qərargahlara endirilən zərbələr, partlayışlar və Rusiya ərazisində həyata keçirilən diversiyalar nəticəsində həlak olublar. Bir sıra hallarda onların ölüm şəraiti rəsmi olaraq açıqlanmayıb.

"The Insider" qeyd edir ki, ali komandanlıq heyətinin real itkiləri daha çox ola bilər, çünki bütün hadisələr ictimaiyyətə açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31