Ermənilər Rusiya ilə yaxınlaşmanı vaxt itkisi hesab edən ilk xalqlardan olub- ÖZƏL 

ABŞ Prezidenti Donald Trampın Venesuela diktatoru Nikolas Maduronu ələ keçirmək üçün həyata keçirdiyi sürətli əməliyyat Kremlin elan etdiyi "çoxqütblü dünya" konsepsiyasının zəifliyini üzə çıxarıb. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri yazır. Məqalədə bildirilir ki, Trampın bu addımı Rusiya Prezidenti Vladimir Putinin Qərbə qarşı bloklar - Karakasdan Tehrana qədər uzanan "çoxqütblü dünya" ideyasının faktiki olaraq gücsüz olduğunu göstərib. Nəşrin vurğuladığına görə, dünya ictimaiyyəti artıq Putinin böhranlı vəziyyətlərdə etibarlı müttəfiq olmadığını görür. Bu hal daha əvvəl Qarabağda, Suriyada və İranda müşahidə edilib.
Politico yazır ki, mövcud mənzərəyə əlavə olaraq, Trampın Kremlə nisbətən daha effektiv və cəsarətli şəkildə qeyri-standart supergüc müdaxilələri həyata keçirməsi Moskva üçün ayrıca bir nüfuz zərbəsi kimi qiymətləndirilir. Halbuki məhz bu cür müdaxilələr Kremlin özünün də nail olmaq istədiyi məqsədlər sırasında idi.
Məqalədə qeyd olunur ki, 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra Moskva müttəfiqlərini öz ətrafında birləşməyə çağırıb və onların əksəriyyəti bu çağırışa cavab verib. İran Rusiyaya pilotsuz uçuş aparatları satıb, Çin və Hindistan isə onun neftini alıb. Latın Amerikası və Afrikada iqtisadi və hərbi baxımdan daha az imkanlara malik olan ölkə liderləri isə simvolik dəstək göstəriblər. Bu dəstək Moskvanın beynəlxalq təcriddə olmadığı və kifayət qədər tərəfdaşının olduğu iddiasını gücləndirmək məqsədi daşıyıb.
Nəşr yazır ki, bütün bu proseslər fonunda Ermənistan cəmiyyəti Rusiya ilə yaxınlaşmanı vaxt itkisi hesab edən ilk xalqlardan biri olub və bu yanaşma regiondakı geosiyasi reallıqların dəyişdiyini göstərən mühüm siqnal kimi dəyərləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31