İran İnqilab Keşikçiləri Korpusu İrandakı iğtişaşçıların hərəkətlərini terror aktı adlandırıb- ÖZƏL 

İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) Kəşfiyyat İdarəsi İranda baş verən kütləvi iğtişaşlarda iştirak edənlərin hərəkətlərini terror aktı kimi qiymətləndirib və bu prosesin təşkilatçılarını xalqın "qisas hüququ" barədə xəbərdar edib. Olaylar.az xəbər verir ki,İranın dövlət teleradio şirkəti tərəfindən yayılan bəyanatda bildirilir ki, mövcud vəziyyətin davam etməsi qəbuledilməzdir və son dövrlərdə törədilən terror aktları nəticəsində həlak olanların qanı bu hadisələrin təşkilatçılarının üzərindədir. Bəyanatda vurğulanır ki, İran xalqı qisas almaq hüququnu qanuni hesab edir.
Sənəddə, həmçinin qeyd olunur ki, İİKK "düşmən planı tam iflasa uğrayana qədər İran xalqının yanında olacaq".
Daha əvvəl Tehran meri Əlirza Zakaninin verdiyi məlumata görə, paytaxtda iğtişaşçılar tərəfindən 25 məscid yandırılıb, 26 bank və 3 tibb mərkəzi zədələnib, hüquq-mühafizə orqanlarının postlarına hücum edilib. Bundan əlavə, 10 dövlət qurumu, 48 yanğınsöndürmə maşını, 42 avtobus və təcili tibbi yardım avtomobili, eləcə də 24 mənzilə ziyan dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31