Putinə görə başqırdları GÖZLƏYƏN TƏHLÜKƏ - Şok rəqəmlər AÇIQLANDI

Bu barədə "Başqırdıstanın səsi" Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, demoqrafik azalmanı müharibə və cəmiyyətdəki ümumi stress səviyyəsi ilə əlaqələndirir.

Nəşr yazır ki, rəsmi qurumlar konkret sosial-iqtisadi səbəbləri açıqlamasa da, müəlliflər əsas amil kimi regionun Ukraynaya qarşı müharibədə iştirakını və bunun doğurduğu fəsadları göstərirlər.

"Rus işğalçısı bizi daha bir mənasız müharibəyə sövq edib, özünü hər tərəfdən düşmənlər və sanksiyalarla əhatə edib", - deyə paylaşımda bildirilir.

Eyni zamanda mədəni və tarixi baxımdan Başqırdıstana yaxın olan qonşu Qazaxıstanda doğum nisbətinin əhəmiyyətli dərəcədə yüksək olduğu vurğulanır.

Kanalın məlumatına görə, ən yüksək doğum nisbətləri respublikanın əsasən Başqırd rayonları olan Burzyanski, Baymakski və Abzelilovski rayonlarında qeydə alınıb. Bununla yanaşı, müharibədə başqırdlar arasında itkilərin də yüksək olduğu bildirilir.

Yazının müəllifləri mövcud böhrandan çıxış yolu kimi fəal və müstəqil demoqrafik siyasətin həyata keçirilməsinin vacibliyini qeyd edirlər. Müsavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31