Qazaxıstanın avtomobil sənayesində tarixi rekord – ÖZƏL

Olaylar.az xəbər verir ki, 2025-ci ildə Qazaxıstanda avtomobil istehsalı 17,8% artaraq rekord həddə - 171 144 ədədə çatıb. İstehsal olunan məhsulun ümumi dəyəri 2,3 trilyon təngəni ötüb.

Sahəyə 113,6 milyard təngə investisiya qoyulub, Almatı və Kostanayda iki yeni zavod istifadəyə verilib. İşçi sayı 62,2% artaraq 11 153 nəfərə çatıb. İstehsalda "Allur" (92 100 maşın) və "Hyundai Trans Kazakhstan" (52 040 maşın) zavodları öndədir. İstehsalın böyük hissəsini (158 944 ədəd) minik avtomobilləri təşkil edib.

Qazaxıstan Sənaye və Tikinti Nazirliyi yerli istehsalın dərinləşdirilməsi və ixrac potensialının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31