İran Xəzəryanı ölkələri Qərbə qarşı birliyə çağırdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Moskvadakı səfiri Kazem Cəlali "Xəzər beşliyi" ölkələrini dəniz təhlükəsizliyi sahəsində koordinasiyanı gücləndirməyə və Qərbin bölgədəki maraqlarına qarşı vahid mövqe sərgiləməyə çağırıb. Səfir bildirib ki, Tehran regionda kənar qüvvələrin təsirini azaltmaq üçün birgə hərbi təlimlərin və patrul xidmətinin keçirilməsinin tərəfdarıdır.

Diplomatın sözlərinə görə, əsas hədəf tranzit, energetika və balıqçılıq sahələrində iqtisadi əməkdaşlığı genişləndirməklə xarici oyunçulardan asılılığı minimuma endirməkdir. Cəlali vurğulayıb ki, Xəzər dənizi problemlərinin "beynəlxalq müstəviyə çıxarılmasının" qarşısını almaq və Qərbin təzyiqlərinə müqavimət göstərmək üçün beş ölkə arasında regional diplomatiya prioritet olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31