Türk Hava Yolları Tehrana və əks istiqamətə aviareysləri təxirə salıb
9 Yanvar 12:51 DünyaTürkiyə Hava Yolları (Turkish Airlines) şirkəti İranın paytaxtı Tehrana cümə gününə nəzərdə tutulan beş hava reysini təxirə salıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Eyni zamanda əks istiqamətə uçuşların təxirə salındığı bildirilir. Bu qərarın səbəbləri barədə rəsmi məlumat verilmir.
Qeyd edək ki, Türk Hava Yolları, 1933-cü ildə təsis edilmiş Türkiyənin milli aviadaşıyıcısıdır və mərkəzi İstanbul Hava Limanındadır. Şirkət 120-dən çox ölkədə 330-dan çox istiqamətə uçuşlar həyata keçirir və bu baxımdan dünyada ən böyük aviaşirkətlərdən biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31