Baqrat Qalstanyan və kilsə xadimlərini ittiham edən prokuror istefa verdi – ÖZƏL
9 Yanvar 12:49 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın Baş prokuroru Anna Vardapetyan arxiyepiskop Baqrat Qalstanyanın işi üzrə prokuror Arman Baqdasaryanın vəzifəsindən azad edilməsi barədə əmr imzalayıb. Baş Prokurorluğun idarə rəisinin müavini vəzifəsində çalışan Baqdasaryanın öz ərizəsi ilə işdən çıxdığı bildirilir.
Xatırladaq ki, prokuror Baqdasaryan "Müqəddəs mübarizə" hərəkatının lideri Baqrat Qalstanyanın "terror aktları planlaşdırmaq" və "hakimiyyəti ələ keçirməyə cəhd" ittihamları ilə həbs olunması prosesində əsas simalardan biri olub. O, həmçinin digər arxiyepiskop Mikayel Acapaxyanın məhkəməsində də iştirak edərək onun üçün həbs cəzası tələb etmişdi. Hazırda Baqrat Qalstanyanın həbs müddəti uzadılıb və məhkəmə prosesi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31