Starmer və Tramp razılaşdı: Rusiyanın Arktikada “saxlanılması” gündəmdədir

Böyük Britaniyanın baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Arktika regionunda Rusiyanın "saxlanılması" zərurəti barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti danışıqların yekunlarına dair məlumat yayıb.

Açıqlamada bildirilir ki, görüş zamanı tərəflər Avro-Atlantik təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Kir Starmer qeyd edib ki, son aylarda Avropa müttəfiqləri Avro-Atlantik maraqların qorunması istiqamətində fəaliyyətlərini gücləndiriblər.

Bununla yanaşı, Britaniya baş naziri vurğulayıb ki, bu sahədə əlavə və daha geniş addımlar üçün hələ də ciddi potensial mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31