Gümrü meri MTX təcridxanasında qətldə ittiham olunan şəxslə eyni kamerada saxlanılıb- ÖZƏL 

Gümrü şəhərinin meri Vardan Qukasyanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) təcridxanasından "Ermənistan" tibb mərkəzinə köçürüldüyü məlum olub. Olaylar.az xəbər verir ki, bu barədə "Joghovurd" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Armlur.am MTX təcridxanasında Vardan Qukasyanın saxlanıldığı kamerayla bağlı diqqətçəkən bir məqamı üzə çıxarıb. Məlumata əsasən, Gümrü meri eyni kamerada Parakar icmasının rəhbəri Volodi Qriqoryanın qətli işi üzrə həbs edilən Gevork Arutyunyanla birlikdə saxlanılıb.
Təhlükəsizlik səbəblərini əsas gətirən vəkillər tərəfindən Qukasyanın kamerasının dəyişdirilməsi və ya Arutyunyanın başqa kameraya köçürülməsi ilə bağlı vəsatətlər təqdim edilib. Nəticədə bu vəsatətlər təmin olunub və Gevork Arutyunyan başqa kameraya köçürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31