Qrenlandiyalıların böyük əksəriyyəti ABŞ vətəndaşı olmaq istəmir- sorğu- ÖZƏL 

Qrenlandiya sakinlərinin əksəriyyəti ABŞ vətəndaşı olmağa müsbət yanaşmır. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti Verian şirkəti tərəfindən aparılmış sosioloji sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğunun nəticələrinə görə, qrenlandiyalıların 85 faizi amerikalı olmaq istəmədiyini bildirib. Respondentlər bunu Danimarkada həyat səviyyəsinin daha yüksək olması ilə əsaslandırıblar. Xüsusilə ABŞ-da cinayətkarlıq səviyyəsi və tibbi xidmətlərin baha olması ada sakinlərini narahat edən əsas amillər kimi göstərilib.
FT-nin məqaləsində ehtimal edilir ki, ABŞ Qrenlandiyanın 57 min sakininə könüllü şəkildə ABŞ-ın tərkibinə qoşulmaq şərti ilə Amerika pasportu və hər birinə 1 milyon dollar təklif edə bilər. Nəşr, həmçinin milyarder İlon Maskın hər bir qrenlandiyalıya "Tesla" markalı avtomobil hədiyyə edə biləcəyini də irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31