ABŞ senatoru İrandakı etirazçılara dəstək çağırışı etdi – ÖZƏL
9 Yanvar 10:10 DünyaABŞ Senatının Demokratlar Partiyasından olan üzvü Con Fetterman İranda hökumət əleyhinə keçirilən etiraz aksiyalarının iştirakçılarına dəstək göstərməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə senator X sosial şəbəkəsindəki paylaşımında yazıb.
Fetterman bildirib ki, hər kəs "cəsur iranlı etirazçılara" dəstək verməlidir. Onun sözlərinə görə, ABŞ və İsrail tərəfindən əldə edilmiş və Tehrandakı "şər rejimi" zəiflədən uğur inkişaf etdirilməlidir.
Amerikalı senator İran hakimiyyətinin ölkədə interneti söndürməsini isə "ümidsiz addım" kimi qiymətləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31