Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

Ərdəbil şəhərində İran rejiminə qarşı etirazlar kəskin mərhələyə keçib.

Musavat.com xəbər verir ki, gecə saatlarında şəhərin mərkəzi meydanlarında toplaşan yüzlərlə sakin açıq şəkildə ali dini liderin ünvanına sərt şüarlar səsləndirib.

Şahidlərin bildirdiyinə görə, etirazçılar "Xameneiyə ölüm!", "Seyid Əli bişərəfdir, Azərbaycan şərəfdir!" çağırışları ilə küçələrə çıxıblar. Aksiyalar zamanı İran bayrağının endirilərək parçalandığı, meydanlarda rejimə qarşı açıq etirazın nümayiş olunduğu qeyd edilir. 

Hadisələr Ərdəbildə sosial-siyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Yerli mənbələr təhlükəsizlik qüvvələrinin şəhərin bəzi hissələrinə cəmləşdirildiyini bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31