İran xalqının tələbləri nəzərə alınmalıdır - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ölkə ərazisində artıq 10 gündən çoxdur davam edən etirazlarla bağlı təhlükəsizlik qüvvələrini son dərəcə təmkinli davranmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə o, "Al-Araby" telekanalına açıqlamasında bildirib.

Prezident qeyd edib ki, zorakılıqdan və məcburetmə tədbirlərindən çəkinmək lazımdır: "Maksimum təmkin göstərilməli, dialoq və dinc ünsiyyətə üstünlük verilməli, İran xalqının tələbləri nəzərə alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31