Yunanıstanda fermerlər nəqliyyatın hərəkətini iflic edib - 48 saatlıq ümummilli tətil
8 Yanvar 19:10 DünyaYunanıstanda fermerlər 48 saatlıq ümumilli tətil çərçivəsində ölkənin əsas avtomagistrallarının və yol ayırıcılarını bağlayıblar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fermerlə istehsalat xərclərinin artması fonunda Avropa İttifaqının Cənubi Amerika ölkələri ilə bağladığı ticarət sazişlərinə etiraz edirlər. Kəndlilər traktorları ilə yollarda nəqliyyatın hərəkətinə əngəl yaradaraq, ancaq yanğınsöndürmə, polis və təcili tibbi yardım maşınlarının keçməyinə imkan verirlər. Kütləvi etirazlara baxmayaraq ölkənin mühafizəkar höküməti yolların uzunmüddətli blokadasına imkan verməyəcəyini bildirib.
Afinanı şimaldakı Saloniki şəhəri ilə birləşdirən ölkənin əsas avtomagistralı fermerlərin dövlət dəstəyinin gücləndirilməsini və Aİ-Merkosur sazişinin rədd edilməsini tələb etməsi fonunda bir neçə nöqtədə hər iki istiqamətdə bağlanıb.
"Biz artıq qaynama həddinə çatmışıq", - Cənubi Yunanıstanda yol blokadasında beş uşaq atası və kələm istehsalçısı Yiannis Baritas bildirib.
"Ailələrimizi dolandırmaq üçün nə qədər lazımdırsa, burada qalacağıq. Bizi ümidsizliyə sürükləyiblər", - o əlavə edib.
Noyabr ayında başlayan etirazlar əvvəlcə istehsal xərclərinin artmasına yönəlmişdi və bir sıra böhranlar bu vəziyyəti daha da ağırlaşdırmışdı: qanuni subsidiyaların ödənişini gecikdirən subsidiya fırıldağı qalmaqalı, eləcə də qoyun və keçilər arasında yayılan çiçək xəstəliyi.
Hökumət çərşənbə günü son anda etirazların qarşısını almağa çalışaraq fermerlər üçün elektrik enerjisinin ucuzlaşdırılması və yanacaq vergisi güzəştləri daxil olmaqla müəyyən güzəştlər elan edib.