Sanksiyalar iflasa uğradı: Aİ Rusiyadan təxminən 2 milyard avroluq metal aldı

Müharibəyə və Rusiyaya qarşı tətbiq olunan 18 sanksiya paketinə baxmayaraq, Avropa İttifaqı Moskva ilə metal ticarətini davam etdirir.

Olaylar.az xəbər verir ki, Aİ ölkələri xüsusilə piltələr və çuqun daxil olmaqla, Rusiya metal məhsullarını almaqda davam edib.

Məlumata görə, təkcə 2025-ci ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı Rusiyadan 1,72 milyard avro dəyərində metal məhsulları idxal edib. Bu isə sanksiyaların real təsiri ilə bağlı ciddi suallar yaradır.

"Ukraina Seqas" nəşrinin yazdığına görə, Rusiya metalının əsas alıcıları Belçika, İtaliya, Çexiya və Danimarka olub. Qeyd edilir ki, məhz bu ölkələr Rusiya mənşəli metal məhsullarına ən çox tələbat göstərənlər sırasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31