Suriya yardım istədiyi təqdirdə lazımi dəstəyi göstərəcəyik - Türkiyə MN

Ölkəmiz "Tək dövlət, Tək ordu" prinsipi çərçivəsində Suriyanın birliyi və ərazi bütövlüyü əsasında terror təşkilatları ilə mübarizəsini dəstəkləyir. Bu çərçivədə Suriya yardım istədiyi halda Türkiyə lazımi dəstəyi göstərəcək.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) yaydığı açıqlamada bildirilib.

Nazirliyin açıqlamasında Suriya ordusunun Hələbdə başlatdığı terrorla mübarizə əməliyyatı ilə bağlı aşağıdakı fikirlərə yer verilib:

"Terror təşkilatının mülki əhalini və təhlükəsizlik qüvvələrini hədəf alması nəticəsində 4 nəfərin həlak olması, 18 nəfərin yaralanmasından sonra Suriya hökuməti ictimai asayişi və vətəndaşlarının can təhlükəsizliyini təmin etmək məqsədilə Hələbdə terrorla mübarizə əməliyyatı başladıb. Bu əməliyyat tamamilə Suriya Ordusu tərəfindən həyata keçirilir. Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Türkiyə Suriyada baş verən hadisələri yaxından izləyir".

Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) Hələbdə mülki yaşayış məntəqələrinə və Suriya ordusunun mövqelərinə etdiyi hücumlardan sonra toqquşmalar başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31