ABŞ neft qiymətlərini aşağı salmaq niyyətindədir - Tramp

ABŞ Venesuelanın resurslarından istifadə etməklə neft qiymətlərini aşağı salmaq niyyətindədir.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "The New York Times" qəzetinə verdiyi müsahibədə bildirib.

Ağ Evin rəhbəri iddia edir ki, ABŞ Bolivar Respublikasını "çox sərfəli şəkildə" bərpa edəcək.

"Biz neftdən istifadə edəcəyik və nefti əldə edəcəyik. Neft qiymətlərini aşağı salacağıq və Venesuelaya, onun ciddi ehtiyacı olan vəsaiti verəcəyik", - deyə ABŞ lideri bildirib.

3 yanvar tarixində ABŞ Venesuelaya zərbələr endirib: ölkənin paytaxtı Karakas və Fort-Tiuna hərbi bazasında partlayışlar baş verib. Hücumlardan sonra Tramp əməliyyatı uğurlu adlandırıb və ABŞ hərbçilərinin Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirdiyini açıqlayıb. Ağ Ev rəhbəri vurğulayıb ki, Maduro "artıq prezident deyil", Venesuelaya rəhbərlik isə "hakimiyyətin təhvil-təslim edilməsinə qədər" ABŞ-nin nəzarətində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31