Moskva qəzəbini gizlətmir: Kölgə donanmasına görə Avropanı vurmaq

Rusiya Dövlət Dumasının deputatı Avropada "kölgə donanması"na aid Rusiya tankerlərinin saxlanılmasına cavab olaraq sərt və qalmaqallı bəyanatla çıxış edib.

Olaylar.az xəbər verir ki, deputat Andrey Qurulyov Avropadakı hərbi-sənaye obyektlərinə birbaşa zərbələrin mümkünlüyünü açıq şəkildə dilə gətirib.

Qurulyovun sözlərinə görə, Moskvanın cavab addımı kimi Ukrayna üçün silah və sursat istehsal edən müəssisələr hədəf seçilə bilər. O, xüsusilə Almaniyanın iri hərbi-sənaye konserni Rheinmetall-ı nümunə göstərərək bildirib:

"Bizə nə mane olur ki, məsələn, Ukrayna üçün sursat istehsal edən Rheinmetall-a zərbə endirək? Heç nə mane olmur. Bu halda sursat da bitəcək. Bizə bütün kanalları bağlamaq üçün siyasi iradə lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31