NASA astronavtlarını BKS-dən çıxara bilər

NASA, "Crew-11" missiyasının ekipaj üzvlərindən birində səhhət probleminin yaranmasından sonra heyəti Beynəlxalq Kosmik Stansiyadan (BKS) vaxtından əvvəl geri qaytara bilər.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Missiyalarımızın təhlükəsiz icrası bizim üçün ən yüksək prioritetdir və biz "Crew-11" missiyasının vaxtından əvvəl başa çatdırılması ehtimalı da daxil olmaqla bütün variantları fəal şəkildə nəzərdən keçiririk",- deyə NASA-nın bəyanatında qeyd olunub.

Bundan əvvəl NASA mətbuat açıqlaması yayımlayaraq ekipaj üzvlərindən birinin səhhətində problem yarandığına görə yanvarın 8-nə planlaşdırılan açıq kosmosa çıxışın təxirə salındığını bildirmişdi.

Daha əvvəl isə "Northrop Grumman" şirkətinə məxsus yeni "Cygnus XL" kosmik yük gəmisinin Beynəlxalq Kosmik Stansiya ilə birləşdirilməsi mühərrikdə yaranmış nasazlıq səbəbindən qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31