Etiraz sərhədimizə çatdı: Astarada tacirlərin aksiyası genişlənir
8 Yanvar 06:32 Dünyaİranda tacirlərin başlatdığı etiraz aksiyaları yeni mərhələyə keçib.
Musavat.com xəbər verir ki, son məlumatlara əsasən, etiraz dalğası Azərbaycanla sərhəddə yerləşən İranın Astara şəhərinə qədər yayılıb.
Bildirilir ki, etirazçılar şəhərin mərkəzi küçələrində toplaşaraq ağır iqtisadi vəziyyətə və ticarətə tətbiq edilən məhdudiyyətlərə etiraz ediblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə gecə saatlarında vəziyyətin daha da gərginləşdiyi, etirazçıların aksiyanı davam etdirdiyi görünür.
Qeyd olunur ki, son günlər İranın müxtəlif şəhərlərində tacirlərin və bazar nümayəndələrinin etirazları genişlənməkdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31