İrana od qoyurlar: Qasım Süleymaninin abidəsi yandırıldı
8 Yanvar 06:27 DünyaMusavat.com xəbər verir ki, İranın ən dindar şəhərlərindən biri sayılan Kaşanda etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaniyə ucaldılmış abidəni yandırıblar.
Hadisə gecə saatlarında baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə abidənin alova büründüyü, ətrafda isə etirazçıların olduğu görünür.
Qasım Süleymani İran hakimiyyəti tərəfindən "milli qəhrəman" kimi təqdim olunur və onun abidəsinə qarşı bu addım ölkədə etirazların hansı həddə çatdığını göstərən simvolik hadisə kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31