Araşdırma: Maduroya qarşı iş “məcburi şahid” üzərində qurulub

The Grayzone nəşrinin son araşdırması ABŞ Ədliyyə Nazirliyinin Venesuela prezidenti Nikolás Maduroya qarşı irəli sürdüyü ittihamların əsasən bir nəfərin - məcbur edilmiş "ulduz şahid"in ifadələrinə söykəndiyini ortaya qoyur.

Musavat.com xəbər verir ki, söhbət vaxtilə Venesuelanın hərbi kəşfiyyatına rəhbərlik etmiş sabiq general Hugo "Pollo" Carvajaldan gedir. Araşdırmaya görə, Carvajal ABŞ prokurorları ilə gizli razılaşma bağlayaraq həbs müddətinin azaldılması müqabilində ifadə verib və Vaşinqtonun Maduro hökumətini "narkoterrorizm"lə əlaqələndirən versiyasında əsas şahid kimi çıxış edir.

Tənqidçilər bildirirlər ki, ittiham aktı Carvajalın sözlərinə həddən artıq güvənir. Halbuki, açıq mənbələrdə yer alan faktlar, o cümlədən ABŞ kəşfiyyatının qiymətləndirmələri Maduronun Ədliyyə Nazirliyinin iddia etdiyi kimi Venesueladakı konkret bir cinayətkar dəstəyə nəzarət etmədiyini göstərir.

Araşdırmanın müəllifləri hesab edir ki, bu iş hüquqi prosesdən daha çox siyasi nümayişə bənzəyir və reputasiyası ciddi şəkildə zədələnmiş, ziddiyyətli keçmişə malik bir şahidin üzərində qurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31