Təyyarələrdə sadə dəyişikliklərlə iqlimə zərər 50% azaldıla bilər - Araşdırma

Yeni araşdırmalara görə, premium oturacaqlardan imtina, uçuşların doluluq səviyyəsinin artırılması və daha səmərəli təyyarələrdən istifadə ilə aviasiya sektorunun iqlim dəyişikliklərinə təsiri sərnişin sayını azaltmadan 50%-dək azaldıla bilər.

Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Tədqiqatçılar bu kimi əməliyyat səmərəliliyi tədbirləri "davamlı" aviasiya yanacağı və ya karbon kompensasiyaları kimi mübahisəli yanaşmalardan daha effektiv ola biləcəyini qeyd ediblər.

2023-cü ildəki 35 milyon kommersiya uçuşunun 27 milyonundan çoxunu əhatə edən bu araşdırma, qlobal miqyasda uçuş əməliyyatlarının səmərəliliyini qiymətləndirən ilk genişmiqyaslı iş hesab olunur.

Tədqiqat göstərir ki, ABŞ, Avstraliya, Afrika və Yaxın Şərqin bəzi bölgələrindən həyata keçirilən uçuşlar daha çox karbon tullantısına səbəb olur. Əvəzində Hindistan, Braziliya və Cənub-Şərqi Asiyada nisbətən daha az çirkləndirici uçuşlar üstünlük təşkil edir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, uçuşların sürətli artımı səbəbilə, aviasiyanın karbon emissiyaları 2050-ci ilədək iki-üç dəfə arta bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31