Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq - BU TARİXDƏ
7 Yanvar 20:11 Dünya8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.
Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31