Pentaqon rəhbəri ABŞ-ın Mariner tankerini ələ keçirməsindən sonra açıqlama verib - ÖZƏL

ABŞ-ın hərbi naziri Pit Heqset Atlantik okeanında Rusiya Federasiyasının bayrağı altında üzən "Mariner" tankerinin ABŞ hərbçiləri tərəfindən ələ keçirilməsinə münasibət bildirib.

Pentaqon rəhbəri X-də yazıb: "Sanksiyalı və qanunsuz Venesuela neftinin blokadası bütün dünyada tam qüvvədə qalır".

Bu açıqlama ABŞ Avropa Komandanlığının bir az əvvəl dərc edilmiş rəsmi açıqlamasına reaksiya idi.

Ordu, ABŞ hakimiyyət orqanlarının gəmini ABŞ federal məhkəməsinin qərarı ilə "Amerika sanksiyalarını pozduğuna görə" saxladığını bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31