Belçikanın müdafiə naziri ABŞ-ın Venesuelada beynəlxalq hüququ pozduğunu bildirib - ÖZƏL

Belçikanın müdafiə naziri Teo Franken ABŞ-ın Venesuelada beynəlxalq hüququ pozduğunu bildirib.

O, bunu krallığın federal parlamentinin üzvləri qarşısında çıxışı zamanı bildirib.

Olaylar.az Frankenin sözlərini sitat gətirir : "Əgər məndən beynəlxalq hüququn pozulub-pozulmadığını soruşsanız, müsbət cavab verərdim" .

Rusiya Xarici İşlər Nazirliyi bir müddət əvvəl Latın Amerikası və Karib dənizinin sülh zonası olaraq qalmalı olduğunu bildirmişdi.

Yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyata başlayıb, prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edilib və ölkədən çıxarılıb.

Yanvarın 5-də Nyu-York məhkəməsində dinləmə keçirildi. Maduro günahsız olduğunu bildirdi.Venesuela prezidentinin işi üzrə növbəti dinləmə martın 17-nə təyin edilib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31