Həmin təyyarənin qara qutusu da zədələnib...

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Liviya heyətini daşıyan təyyarənin qara qutusunun zədələndiyini bildirib.

Milli.Az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

"Qara qutu və səs qeydəalma cihazı zərər görüb, tədqiqatlar İngiltərədə davam edəcək".

Xatırladaq ki, təyyarə qəzası nəticəsində Liviyanın Baş Qərargah rəisi general Məhəmməd əl-Həddad, onun dörd köməkçisi və ikisi fransız olmaqla üç ekipaj üzvü həlak olub. Türkiyə rəsmiləri "Falcon 50"nin havaya qalxdıqdan az sonra qəzaya uğramasının elektrik nasazlığı nəticəsində baş verdiyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31