İran Prezidenti etiraf etdi: “Günahkar bizik” – hakimiyyətdən gözlənilməz açıqlama
7 Yanvar 16:02 Dünyaİran Prezidenti Məsud Pezeşkian ölkədəki mövcud problemlərlə bağlı diqqətçəkən və etiraf xarakterli açıqlama verib.
Musavat.com xəbər verir ki, dövlət başçısı baş verənlərə görə məsuliyyətin xalqın deyil, hakimiyyətin üzərində olduğunu bildirib.
"Düşünürəm ki, günahkar mənəm. Günahkar bizik. Nə bu tələbə, nə bu əməkdaş, nə də bu insanlar günahkardır. Deməli, biz öz işimizi düzəltməliyik", - deyə Pezeşkian vurğulayıb.
İran Prezidenti əlavə edib ki, onun əsas vəzifəsi xalqa xidmət etməkdir:
"Mənim borcum xalqın xidmətçisi olmaqdır, sizin borcunuz isə xalq üçün problemləri həll etməkdir, mövcud problemlərin üzərinə yenilərini əlavə etmək yox".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31