Zelenski Ukrayna münaqişəsinin nizamlanması üzrə ən çətin məsələlərin müzakirəsinə başlanıldığını elan edib
7 Yanvar 15:31 DünyaUkrayna nümayəndə heyəti və ABŞ nümayəndələri Parisdə "müharibənin başa çatdırılması üzrə baza çərçivəsinin ən çətin məsələlərinin" müzakirəsinə başlayıblar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında yazıb.
"Bu gün artıq Fransada Ukrayna danışıqlar qrupunun fəaliyyəti ilə bağlı Rustem Umerovun ilk məruzəsi təqdim olunub. ABŞ Prezidentinin nümayəndələri ilə növbəti danışıqlar sessiyası keçiriləcək və bu, iki gün ərzində bu formatda üçüncü sessiyadır. Ümid edirik ki, müzakirələr zamanı, o cümlədən, müharibənin başa çatdırılması ilə bağlı baza çərçivəsinin ən çətin məsələləri - xüsusilə Zaporojye Atom Elektrik Stansiyası və ərazilərlə bağlı məsələlər müzakirə ediləcək", - Zelenski Telegram kanalında yazıb.
O, komandasına Ukrayna Avropanın digər dövlətləri və ABŞ arasında liderlər səviyyəsində keçirilə biləcək görüşlərin mümkün formatlarını müzakirə etməyi tapşırıb.