Hələbin kürd yaşayış məhəllələrində komendant saatı tətbiq edildi- ÖZƏL
7 Yanvar 14:38 DünyaSuriya Silahlı Qüvvələrinin Operativ Komandanlığı Hələb şəhərinin şimalında yerləşən Əşrəfiyyə və Şeyx Məqsud adlı kürd yaşayış məhəllələrini hərbi zona elan edərək bu ərazilərdə komendant saatı tətbiq edib. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti "X" sosial şəbəkəsində yayıb. Bildirilib ki, çərşənbə günü saat 15:00-dan etibarən adıçəkilən məhəllələrdə hərəkət məhdudlaşdırılır. Ordunun açıqlamasında mülki əhalidən kürd silahlı dəstələrinin mövqelərindən uzaq durmaq xahiş olunub. Eyni zamanda, dinc sakinlərin təhlükəsiz çıxışı üçün Liramun yolayrıcında humanitar dəhlizlərin açıldığı qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31