Avstraliyanın cənubunda son illərin ən isti günü qeydə alınıb
7 Yanvar 14:17 DünyaAvstraliyanın cənub bölgələrində son illərin ən isti günü qeydə alınıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər yüksək temperatur fonunda meşə yanğınları riskinə qarşı xəbərdarlıq ediblər
Avstraliyanın cənubundakı bir çox bölgədə havanın temperaturu 40 dərəcəni keçib. Rəsmilər ölkənin cənubunda yerləşən bir sıra şəhərlərdə son illərin ən isti gününün yaşandığını açıqlayıblar.
Melburn şəhərində hava temperaturu son 6 ilin ən yüksək göstəricisi olan 41 dərəcəyə çatıb. Adelaida şəhərində temperatur 43 dərəcə, paytaxt Kanberrada isə 37 dərəcə olaraq ölçülüb.
Məlumata görə, isti hava dalğası qarşıdakı günlərdə də təsirini saxlayacaq, həftəsonu isə Sidney şəhərində temperaturun pik həddə çatacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31