İspaniya XİN rəhbəri: “Venesuelanın təbii sərvətləri xalqına məxsusdur”- ÖZƏL 

İspaniyanın Xarici İşlər naziri Xose Manuel Albares Venesuelanın təbii sərvətlərinin Bolivariya Respublikasının xalqına aid olduğunu xatırladıb.
Olaylar.az xəbər verir ki, Albares RNE radiosuna verdiyi müsahibədə bildirib ki, İspaniya ölkədəki vəziyyətin tənzimlənməsinə dəstək göstərməyə hazırdır. Nazir vurğulayıb: "Venesuelanın təbii sərvətləri xalqına məxsusdur. Bu sərvətlər dövlətin suverenliyinin ayrılmaz hissəsidir". O əlavə edib ki, ABŞ-ın hərbi əməliyyatı dünya qaydalarına əsaslanan beynəlxalq nizam üçün "çox təhlükəli presedent"dir.
Qeyd edək ki, 3 yanvar Venesuelanın Xarici İşlər naziri İvan Hil Pinto ABŞ-ın paytaxt Karakasda həm mülki, həm də hərbi obyektləri hədəf aldığını bildirib və bu hərəkətləri hərbi aqressiya adlandırıb. Ölkədə fövqəladə vəziyyət elan olunub. ABŞ Prezidenti Donald Tramp isə sonradan zərbələrin endirildiyini təsdiqləyib və Venesuelanın lideri Nikolas Maduro ilə həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb. Onlar hazırda Nyu-Yorkun cənubunda, Bruklində istintaq təcridxanasında saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31