İranın daxili məsələlərinin heç kimə aidiyyəti yoxdur – Əraqçi

İranın daxili məsələlərinin İran vətəndaşları istisna olmaqla heç kimə aidiyyəti yoxdur.

Məlumata  görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın daxili məsələləri hökumət və vətəndaşlar arasında həll oluna bilər. Hər hansı etiraz və məsələ varsa, həll olunacaq və bunun həll ediləcəyinə böyük ümid var.

İranlı nazir qeyd edib ki, heç bir xarici dövlətin İranın daxili məsələləri ilə aidiyyəti yoxdur.

"İran qonşu ölkələrlə iqtisadi əməkdaşlıq və ticarət əlaqələrin inkişaf etdirməyə çoxlu səylər göstərir. İran XİN vilayət diplomatiyası çərçivəsində vilayətlərin potensiallarını müəyyənləşdirməyə və qonşu ölkələrin potensialları ilə uyğunlaşdırmağa çalışır. Hazırda İranın bütün vilayətləri bu formada əməkdaşlıqların formalaşmasına maraq göstərir.

Hazırkı şəraitdə Xarici İşlər Nazirliyi ölkə iqtisadiyyatına kömək etmək məqsədilə qonşu ölkələrin çox yaxşı iqtisadi potensiallarından yararlanmağa çalışır. Ölkə əleyhinə tətbiq olunan sanksiyaların ləğv edilməsinə səy göstərmək nazirliyin unudulmayan vəzifəsidir", - deyə o qeyd edib.

Qeyd edək ki, dekabr ayının sonlarından etibarən xarici valyutalar qarşılığında İran rialının kəskin ucuzlaşması, inflyasiya və maliyyə böhranına etiraz olaraq etiraz aksiyaları başlayıb.Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31