Türkiyədə qəzaya uğrayan təyyarənin "qara qutu"su Böyük Britaniyada araşdırılacaq

Türkiyədə qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu "Falcon 50" təyyarəsinin "qara qutu"su Böyük Britaniyada araşdırılacaq.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Nazir deyib ki, təyyarənin "qara qutu"su və səs yazma cihazları zədələnib:

"Dünyada bunu çözə bilən yalnız 4 ölkə var və bu işin Böyük Britaniyada aparılmasına qərar verilib".

Qeyd edək ki, ötən ilin dekabrın 23-də göyərtəsində Liviya Baş Qərargah rəisinin də olduğu, Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "9H-DFJ" nömrəli "Falcon 50" təyyarəsi Haymana yaxınlığında qəzaya uğrayıb. Teleqraf 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31