Ərdoğana gələn hədəyə sərt təpki: Onun tərliyini də ala bilməzsiniz, sizi Türkiyədə basdırarıq
7 Yanvar 13:11 DünyaVenesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan yunan siyasətçiyə türk jurnalist Yılmaz Özdildən reaksiya gəlib.
Teleqraf xəbər verir ki, o, yunan jurnalistin sosial mediadakı təxribatçı paylaşımına qarşı sərt ifadələr işlədib.
Türkiyənin böyük coğrafiyası və tarixi dərinliyinə işarə edən Yılmaz Özdil deyib:
"Buradan yunan jurnalistə bunu deyə bilərəm: kimsə heç Ərdoğanın tərliyini də ala bilməz. Türkiyənin ərazisi çox böyükdür, hamını basdıracaq qədər torpağımız var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31