Vaşinqton Kiyevlə bağlı sənədə imza atmadı

"ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə imzalamayıb".

Globalinfo.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

"6 yanvarda Qərb "könüllülər koalisiyası"nın iclasından sonra qəbul edilmiş sənədin son versiyasını təqdim edib. Bəyanatda ABŞ-ın təhlükəsizlik zəmanətlərinin təmin edilməsindəki potensial roluna, o cümlədən kəşfiyyat, logistika yardımı və hücum halında Avropa çoxmillətli qüvvələrini dəstəkləmək öhdəliklərinə istinadlar yoxdur. Adı açıqlanmayan bir rəsmi bildirib ki, ABŞ-ın öz öhdəliklərini nə dərəcədə yerinə yetirməyə hazır olduğu bəlli deyil. Vaşinqton da sənədi imzalamaqdan imtina edib", - deyə bildirilib.

Qeyd edək ki, yanvarın 6-da "könüllülər koalisiyası"nın iclasından sonra Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski münaqişə bitdikdən sonra Ukraynaya çoxtərəfli kontingent göndərmək niyyəti barədə bəyannamə imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31