25 yaşlı azərbaycanlı Moldovadan deportasiya edildi - ŞOK SƏBƏB

Moldovanın Miqrasiya Xidməti ölkə ərazisindən 25 yaşlı azərbaycanlı vətəndaşı çıxarıb.Haqqın.az  xəbər verir ki, onun Moldovaya girişi beş il müddətinə qadağan edilib. Moldovanın KİV-lərinin məlumatına görə, baş verən hadisə Yeni il gecəsi Kişinevdəki Böyük Milli Məclis meydanında təşkil olunan mədəni tədbir zamanı baş verib. Azərbaycan vətəndaşı kütlənin üzərinə atəşfəşanlıq ataraq insanların həyatını təhlükəyə atıb.Moldova polisi şəxsi müəyyən edib və onu saxlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31