Almaniya, Rumıniya və Xorvatiya Ukraynaya qoşun göndərməyəcək- ÖZƏL 

Olaylar.az xəbər verir ki, Rumıniya, Almaniya və Xorvatiya Ukraynaya hərbi kontingent göndərmək niyyətində deyil. Rumıniya Prezidenti Nikuşor Dan Parisdə "İstəkli Koalisiya" üzvlərinin görüşünün nəticələrinə həsr olunan mətbuat konfransında bildirib ki, ölkəsi Ukraynaya yalnız maddi-texniki dəstək, hərbi təlimlər və birgə silah proqramlarında iştirakla yardım edəcək. O qeyd edib ki, 71-ci aviabazada yerləşən logistik dəstək mərkəzi artıq fəaliyyətə başlayıb.
Xorvatiya Baş naziri Andrej Plenkoviç isə bildirib ki, Zaqreb atəşkəs əldə edilsə belə, Ukraynaya hərbi kontingent göndərməyəcək.
Almaniya Kansleri Fridrix Merz isə deyib ki, ölkəsi Ukraynaya çoxmillətli dəstək qüvvələrində iştirak edə bilər, lakin münaqişə başa çatdıqdan sonra Ukrayna ərazisində hərbi yerləşdirmə planlaşdırmır. Almaniya hərbi dəstəyin NATO üzvü olan Ukrayna ilə həmsərhəd ölkələrdə yerləşdirilməsini nəzərdən keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31