Fridrix Mers: "Gənc ukraynalılar Avropaya qaçmamalı, orduda xidmət etməlidirlər" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya Kansleri Fridrix Mers Ukrayna Prezidenti Volodimir Zelenskini ölkədəki gənclərin xaricə axınının qarşısını almağa və onların orduya cəlb olunmasını təmin etməyə çağırıb.

Kansler qeyd edib ki, rəsmi Kiyev gənc kişilərin Almaniya, Polşa və ya Fransaya getməsi əvəzinə, öz ölkələrində layiqli iş tapmaları üçün şərait yaratmalıdır: "Biz bu məsələni artıq Brüsseldə müzakirə etmişik. Hesab edirəm ki, bu, Ukraynanın yerinə yetirə biləcəyi bir gözləntidir. Ukraynalılar Avropa İttifaqı ölkələrinə getməməli, orduda xidmət etməlidirlər", - deyə Mers bildirib.

Ukraynadakı müharibənin gələcəyi barədə də danışan Almaniya hökumət rəhbəri sülh üçün kompromisın qaçılmaz olduğunu vurğulayıb. O, gələcək sülh prosesi ilə bağlı bunları əlavə edib: "Sülhə nail olmaq üçün mütləq güzəştlərə getməli olacağıq. Biz qətiyyət, realizm və uzaqgörənliklə mümkün olan ən yaxşı nəticəni - davamlı atəşkəs, etibarlı təhlükəsizlik zəmanətləri və birlikdə quracağımız dinc Avropanı təmin etmək üçün əlimizdən gələni edəcəyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31