ABŞ-dan Xameneiyə SƏRT XƏBƏRDARLIQ: “Tramp sizi öldürəcək”

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem İranın ali lideri Əli Xameneiyə sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, etirazçılara qarşı repressiyaların davam etməsi Xameneinin fiziki aradan qaldırılmasına gətirib çıxara bilər.

"Anlamalısınız ki, əgər öz xalqınızı, daha yaxşı həyat istəyən insanları öldürməyə davam edəcəksinizsə, Donald Tramp sizi məhv edəcək", - deyə Qrem bildirib.

Senator əlavə edib ki, İran böyük dəyişikliklərin astanasındadır və bu, "Yaxın Şərq tarixindəki ən böyük dəyişikliklər" olacaq, mövcud rejimdən azad olmaq məqsədi daşıyır.

Qrem İran hakimiyyətini "nasist rejimi" adlandırıb və vurğulayıb ki, İran xalqına dəstək "artıq yoldadır".

Xatırladaq ki, İranda kütləvi etirazlar artıq onuncu gündür ki, davam edir. Bu səhər etirazçılar birbaşa ABŞ prezidenti Donald Trampa müraciət edərək yardım istəyib.

İran mediasının məlumatına görə, artıq 2 mindən çox etirazçı həbs edilib, 36 nəfərin isə, o cümlədən iki təhlükəsizlik və hüquq-mühafizə işçisinin həyatını itirdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31