Ermənistanda yüksək rütbəli polis rəisi zorakılığa görə məhkəmə qarşısına çıxarılır – ÖZƏL
7 Yanvar 11:08 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Respublikası İstintaq Komitəsinin Xüsusi mühüm işlər üzrə araşdırma idarəsi, Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin şöbə rəisi barəsində başladılan cinayət işinin ilkin istintaqını yekunlaşdırıb. Yüksək rütbəli polis məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zorakılıq törətməkdə ittiham olunur.
21 noyabr 2024-cü il tarixində şöbə rəisi klublardan birində ziyarətçiyə qarşı fiziki güc tətbiq edib. O, daha sonra işçilərə və müştərilərə məkanı tərk etməyi əmr edərək klubun normal fəaliyyətinə mane olub.
Polis rəisi eyni zamanda klubun müğənnisini də zorakılıqla hədələyib.
Artıq həmin vəzifəli şəxsə qarşı rəsmi ittiham irəli sürülüb. Cinayət işi üzrə sənədlər təsdiq edilməsi və məhkəməyə göndərilməsi üçün prokurora təqdim olunub.