Mərkəzi Afrika Respublikası ordunun müdafiəsi üçün dronlara ehtiyac duyur — prezident Tuadera- ÖZƏL
7 Yanvar 10:53 DünyaMərkəzi Afrika Respublikasının ordusunun mövcud təhlükələrə qarşı müdafiə qabiliyyətini gücləndirmək üçün pilotsuz uçuş aparatlarına- dronlara ehtiyacı var. Olaylar.az xəbər verir ki, bunu seçkilərdə qələbədən sonra ilk müsahibəsində hazırkı prezident Fosten-Arkanj Tuadera açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkənin əsas məqsədi respublikanı etibarlı şəkildə qoruya bilən peşəkar ordu formalaşdırmaqdır.
Tuadera qeyd edib ki, müasir münaqişələrdə dronlardan geniş istifadə olunur və Mərkəzi Afrika ordusu həm dronlardan istifadəni, həm də onlardan müdafiəni öyrənməlidir:
"Biz hər növ mümkün hücumlara hazır olmalıyıq və buna görə də qüvvələrimizi mövcud təhlükələrə uyğunlaşdırmalıyıq. Bu gün görürük ki, dronlar geniş yayılmış silaha çevrilib. Biz hərbçilərimizin dron idarəçiliyini öyrənməsini, bu sahədə avadanlıq əldə etməyi, hətta mümkün olarsa, ordumuz üçün dron istehsalını təşkil etməyi çox istərdik," - deyə prezident bildirib.