İranda etirazlar zamanı ölənlərin sayı açıqlandı

İranda davam edən etirazlara görə ölənlərin sayı 36-ya çatıb. Globalinfo.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

"Bu müddət ərzində ölkənin 31 əyalətindən 27-də keçirilən aksiyalar zamanı 34 etirazçı və hüquq-mühafizə orqanlarına mənsub 2 nəfər həyatını itirib. Ölkə üzrə ümumilikdə 285 nöqtədə baş verən etirazlarda onlarla insan yaralanıb, 2 min 76 nəfər isə saxlanılıb", - deyə bildirilib.

Etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31