İranda GƏRGİNLİK ARTIR: Məşhəddə insanlar küçələrə axışdı

Tehranda baş verən etirazlardan sonra dünən Məşhəddə də kütləvi aksiyalar başlayıb.Musavat.com "Azad Iran"a istinadən xəbər verir ki, fərdi sahibkarlar və sakinlər narazılıqlarını bildirmək üçün şəhər mərkəzinə axışıb.Nümayişçilər sosial və iqtisadi problemlərini dilə gətirərək şəhərin müxtəlif küçələrində yürüşlər keçirirlər.Hökümət qüvvələri etirazçılara qarşı göz yaşartıcı qazdan istifadə edib.Ekspertlər etirazların daha da genişlənə biləcəyini bildirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31